Bakıda yaşayış binasında yanğın olub.
"Unikal" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, paytaxtın Nizami rayonunda beşmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində ümumi sahəsi 43 m² olan 2 otaqlı mənzilin 1 otağında 1 ədəd divan və 1 ədəd plastikdən ibarət pəncərə çərcivəsi yanıb, yüksək temperaturdan ev əşyaları qarsalanıb.
"Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb", - deyə məlumatda qeyd olunub.