Balakəndə 61 yaşlı kişi intihar edib.
"Unikal" xəbər verir ki, hadisə rayonun Hənifə kəndində baş verib. Belə ki, kənd sakini 61 yaşlı Cavanşir Qurbanovun meyiti yaşadığı evin həyətyanı sahəsindəki talvardan asılı vəziyyətdə aşkar edilib. C. Qurbanovun hansı səbəbdən intihar etdiyi hələlik məlum deyil.
Faktla bağlı Balakən rayon Prokurorluğunda araşdırma aparılır.
Seymur Əli