Sabirabadda 59 yaşlı kişi qonşunun həyətində intihar edib.
"Unikal" report-a istinadən xəbər verir ki, hadisə şəhərin Şəhriyar küçəsində qeydə alınıb.
Belə ki, həmin ünvanda yaşayan 1964-cü il təvəllüdlü Kərimov Habil Paşa oğlu özünü asıb.
İntiharın səbəbi hələ ki, məlum deyil.
Faktla bağlı araşdırma aparılır.