Şəkidə ər-arvad dəm qazından zəhərlənib.

"Unikal" xəbər verir ki,hadisə rayonun Şəki kəndində baş verib. Belə ki, kənd sakinləri 1988-ci il təvəllüdlü Cəlilov Zakir Vilayət oğlu və onun həyat yoldaşı 1986-cı il təvəllüdlü Cəlilova Rəsmiyyə Fərman qızı yaşadıqları evin hamam otağında dəm qazından zəhərləniblər.

Ər-arvad Şəki şəhər Mərkəzi Xəstəxanasına aparılıb və ambulator müalicə aldıqdan sonra vəziyyətləri yaxşı olduğu üçün evə buraxılıblar.

Seymur Əli