“Azəriqaz” İB-nin işçi qrupu qaz xətlərinə yaxından baxış keçirənədək paytaxtın Sabunçu rayonu, Bakıxanov qəsəbəsinin sakinlərini qazla təchiz edən borulara kənardan baxdıqda hər şeyin qaydasında olduğuna əmin ola bilərsən.
"Unikal'" xəbər verir ki, əsas qaz xəttini saxlayan dayağın abonent Qulu Mahmudov üçün “böyük dayaq” missiyasını yerinə yetirdiyi məlum olub. Təbii ki, abonentin öz əməli sayəsində.
Qulu Mahmudovdan fərqli olaraq, Maştağa qəsəbə sakini Şamo Əliyev isə sahib olduğu 4 ədəd istixanada qazdan qanunsuz yolla istifadə edib.
Abonent qaz xəttini torpağın altı ilə aparmaqla qanunazid hərəkətini ört-basdır etdiyini zənn edib.
Qaz xəttinə qaznunsuz qoşulma halı “Azəriqaz” İB-nin əməkdaşları tərəfindən artıq aradan qaldırılıb. Qaz xəttinə atılan dırnaqarası qarmaqlar ləğv edilib.
Bir daha abonentləri bu kimi neqativ əməllərdən uzaq durmağa çağırırıq. Əks halda qanun çərçivəsində tədbirlər görüləcək.
Ətraflı video materialda: