Meksikanın Mazatlan şəhərində kiçik təyyarə dənizə düşüb, ölən və yaralananlar var.

"Unikal" xəbər verir ki, qəza nəticəsində 2 nəfər ölüb, 4 nəfər yaralanıb.

Hadisədən sonra əraziyə çoxlu axtarış-xilasetmə qrupu göndərilib.

Şahidlər bildiriblər ki, pilot təyyarənin mühərrikində yaranan nasazlıq nəticəsində təcili eniş etməyə cəhd edib, lakin idarəetməni itirərək dənizə düşüb.