Bakıda sexdə yanğın olub.

"Unikal" xəbər verir ki, saat 5 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsi, Südçülük sovxozunda yerləşən masa və oturacaqlanması hazırlanması sexində baş vermiş yanğın nəticəsində hazırda şəxsiyyətləri məlum olmayan 2 nəfər sexin içərisində yanaraq ölüb.

FHN tərəfindən yanğın nəzarətə götürülərək söndürülmüş, 370 kv.m sahəsi olan sexin 44 kv.m-i yanmış, geri qalan hissəsi isə yanğından mühafizə edilib.