Aprelin 10-u saat 02 radələrində Xaçmaz rayonu Xanoba kəndində fərdi yaşayış evində yanğın baş verməsi nəticəsində 1963-cü il təvəllüdlü Aslan Tarverdiyev və 1965-ci il təvəllüdlü Rumayə Tarverdiyevanın ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Bu barədə "Unikal"ın sorğusuna cavab olaraq Baş Prokurorluğunun Mətbuat xidmətindən bildirilib.

Faktla bağlı Xaçmaz rayon prokurorluğunda araşdırma aparılır.

***

09:23

Xaçmazda ər və arvadı evdə yanaraq ölüb. 

"Unikal" xəbər verir ki, Yalama kənd sakini 1963-cü il təvəllüdlü Taqverdiyev Aslan Balasultan oğlu və həyat yoldaşı 1965-ci il təvəllüdlü Taqverdiyeva Rumayə Atakişi qızı yaşadıqları fərdi yaşayış evində yanmış halda tapılıblar.

Faktla bağlı araşdırma aparılır.