Abşeron rayonu, Məmmədli kəndindəki mebel sexindən 3500 manat dəyərində təmir alətlərinin qeyri-aşkar şəraitdə oğurlanması barədə polisə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Unikal"a verilən məlumata görə, Abşeron rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlində şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Azər Məlikov müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.