Abşeronda yataqxanaların birinin zirzəmisindən 10 000 manat dəyərində dəmir və plastik boru oğurlanıb.
Bu barədə "Unikal"a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Rayon Polis İdarəsi əməkdaşları daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluqda şübhəli bilinən Daşkəsən rayon sakini, əvvəllər məhkum olunmuş Fuad Əzizov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.