Bakıda evdən oğurluq olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Unikal"a verilən xəbərə görə, aprelin 7-də Binə qəsəbəsindəki evlərin birindən oğurluq edilməsi barədə polisə məlumat daxil olub.
Xəzər RPİ 3-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən müvafiq araşdırma aparılıb və evin həyətindəki saxlanc yerindən dəyəri 32 min manatdan çox olan məişət əşyalarının qeyri-aşkar şəraitdə oğurlanması məlum olub.
Keçirilən əməliyyat tədbirləri ilə oğurluq əməlində şübhəli bilinən Ağdaş rayon sakini, əvvəllər məhkum olunmuş Elmin Məmmədov müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır