Gəncədə qadın bıçaq xəsarəti alıb.
"Unikal"ın məlumatına görə, 2005-ci il təvəllüdlü şəhər sakini S.Əlizadə çiyin nahiyəsinin bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Dərhal qadının yarası tikilib, vəziyyətinin kafi olduğu bildirilir.
İlkin məlumata görə, 18 yaşlı qız özü özünə bıçaqla xəsarət yetirib. Onun hansı səbəbdən özünə xəsarət yetirməsi məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
Tural Əhmədov