Gəncədə sərnişin avtobusunun vurduğu qadın xəstəxanada ölüb.
"Unikal"ın məlumatına görə, hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. 9 saylı xətt üzrə işləyən sərnişin avtobusu yolu qarşı tərəfə keçmək istəyən 31 yaşlı Dünya Həsənovanı vurub. Qadın dərhal xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq qadın xəstəxanada dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
Tural Əhmədov