Sabirabadda 26 yaşlı gənc yanaraq ölüb.
“Unikal" report-a istinadən xəbər verir ki, hadisə rayonun Həşimxanlı kəndində qeydə alınıb.
Belə ki, rayonun Axraçı-Muğan kənd sakini, 1997-ci il təvəllüdlü Məhərrəmov Qurban Rafiq oğlu ağır yanıq xəsarətləri ilə Sabirabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Xəstəxanada həkimlərin səyinə baxmayaraq, 4-cü dərəcəli yanıq xəsarəti alan Q.Məhərrəmov dünyasını dəyişib.
Hadisənin səbəbi hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır