Qaxda qadın sürücü 65 yaşlı qadını avtomobil vurdu.

"Unikal" xəbər verir ki, hadisə bu gün axşam saatlarında şəhərin Azərbaycan prospektində baş verib. Belə ki, sürücü Sevinc Şıxamirova idarə etdiyi "KİA" markalı minik ovtomobii ilə hərəkətdə olarkən idarəetməni itirib və nəticədə Qax şəhər sakini 1958-ci il təvəllüdlü Omarova Nərminə Zeynal qızını vurub. Yaralı təcili tibbi yardım avtomobili ilə Qax Rayon Mərkəzi Xəstəxanasına catdırılıb, vəziyyətinin orta agır oldugu bildirilir.
Faktla baglı araşdırma aparılır.

Seymur Əli