Zaqatalada 5 otaqlı fərdi yaşayış evi yanıb.
"Unikal" xəbər verir ki,vyanğın hadisəsi bu gün axşam saatlarında rayonun Əliabad qəsəbəsində, qəsəbə sakini Fatimə İsa qızı Arzumanova məxsus, ümumi sahəsi 120 kv/m olan kürsülü birmərtəbəli 5 otaqdan ibarət fərdi yaşayış evində baş verib.
Yanğının söndürülməsi üçün əraziyə Fövqaladə Hallar Nazirliyinin Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşınları və şəxsi heyətləri cəlb edilib. Yanğın nəticəsində evin yanar konstruksiyaları içərisində olan ev əşyaları ilə birlikdə tamamilə yanıb. Evin yaxınlığındakı digər tikililər yanğından xilas edilib. Yanğın zamanı xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Seymur Əli