15 aprel Sahil qəsəbəsində ağacəkmə aksiyası keçirilib.
"Unikal" xəbər verir ki, aksiyada Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, Rayon İcra Hakimiyyətinin başçısı aparatının əməkdaşları, hüquq mühafizə orqanlarının rəhbərləri və könüllülər iştirak edib.
Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 29 sentyabr 2022-ci il tarixli Sərəncamına əsasən Azərbaycan Respublikasının şəhər və rayonlarında Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş ağacəkmə aksiyalarının keçirilməsi və abadlıq işlərinin aparılması tədbirlər planında nəzərdə tutulub.
Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Tədbirlər Planına əsasən ölkənin bütün regionlarında olduğu kimi, Qaradağ rayonunda da ağacəkmə aksiyalarının aparılmasına hazırlıq işləri çərçivəsində müvafiq ərazilər təmizlənir, münbit torpaqlar daşınır və ağacların əkilməsi üçün lazımı tədbirlər görülür.