Regional Meşə Təsərrüfatı Mərkəzlərinin əməkdaşlarının iştirakı ilə meşə fondu torpaqlarında yeni meşə əkinləri və meşəbərpa tədbirləri davam edir.

"Unikal" xəbər verir ki, Meşələrin İnkişafı Xidmətinin rəsmisi Vahid Fərzəliyev bildirib ki, təkcə bu gün Şəmkir rayonunun meşə fondu torpağında 6000-dən çox ağac əkilib.

Xidmət rəsmisinin sözlərinə görə, yaz ağac əkini mövsümü başlayandan bugünədək meşə fondu torpaqlarında ümumilikdə 1 milyon 24 mindən artıq ağac əkilib.