Bakının Sabunçu rayonunda yol qəzası zamanı bir nəfər xəsarət alıb.

"Unikal" apa-ya istinadən xəbər verir ki, qəza Sabunçu rayonunda baş verib.

Belə ki, 1963-cü il təvəllüdlü Hüseynova Sədaqət Canan qızı yolu keçərkən onu minik avtomobili vurub.

Yaralı diz sümüyünün sınığı diaqnozu ilə Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.