Yuxarı Qarabağ kanalı bəndi yararaq daşıb.
"Unikal" apa-ya istinadən xəbər verir ki, hadisə Bərdə rayonunda baş verib.
Rayonun Cəyirli kəndi ərazisində Yuxarı Qarabağ kanalının 537-ci keçidində kanal daşıb.
Suyun daşması nəticəsində böyük ərazi su altında qalıb. Əraziyə çox sayda texnika cəlb olunub. Daha böyük fəsadların qarşısını almaq üçün bəndbərkitmə işləri aparılır.
Yuxarı Qarabağ Kanalı idarəsindən bildirilib ki, suyun daşması nəticəsində xəsarət alan və ya mal-qara tələfatı olmayıb. Hadisəyə səbəb kanalın sağ cinahını suda yaşayan heyvanların oyması səbəb olub.