Azərbaycan Gimnastika Federasiyasının (AGF) Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası (ASAPES) ilə birgə gimnastika idman növlərinin inkişaf etdirilməsi istiqamətində əməkdaşlığı çərçivəsində “Gimnastikanın nəzəriyyəsi və metodikası” kafedrasının professor-müəllim heyəti ilə növbəti işgüzar görüş keçirilib.
"Unikal" xəbər verir ki, görüşdə aerobika gimnastikası üzrə yığma komandamızın baş məşqçisi, dünya çempionu Marian Kolev, Beynəlxalq Gimnastika Federasiyasının (FIG) nümayəndələri Desislava Boquşeva və Natalya Bulanova iştirak ediblər.
Tədbir zamanı ASAPES-in “Gimnastikanın nəzəriyyəsi və metodikası” kafedrasının müdiri, professor, fəlsəfə doktoru Giurka Gantcheva gələcəkdə görülməsi nəzərdə tutulan işlər haqqında, həmçinin bədii gimnastika idman növünə aid videotəqdimatla çıxış edib.