Gəncədə polis əməkdaşlarının fəaliyyətinə mane olan şəxs həbs edilib.
"Unikal"ın əldə etdiyi məlumata görə, 1995-ci il təvəllüdlü Nüsrət Əliyev (ad-soyad şərtidir) küçədə tanımadığı bir nəfəri döydüyünə görə izahat verməsi üçün Gəncə şəhər Baş Polis İdarəsinin 4-cü Polis Bölməsinə çağırılıb. O polis bölməsinə gedib, orada Nüsrətin üzərində kəsici alət olan “lezva” aşkar edilib. Polis əməkdaşlarına bildirib ki, "lezva"nı özünə xəsarət yetirmək üçün üzərində daşıyır.
Bundan sonra bölmədə Nüsrətlə polis əməkdaşları arasında mübahisə yaranıb. O, polis bölməsinin inzibati binasında qışqırıb, ünvanlı və ünvansız söyüşlər söyüb.
Nüsrət barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (Xırda xuliqanlıq) və 535.1-ci (Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) maddələri ilə protokol tərtib olunub, baxılması üçün məhkəməyə göndərilib. Gəncə Şəhər Məhkəməsinin qərarı ilə N. Əliyev 8 gün müddətinə inzibati qaydada həbs edilib.
Murad İbrahimli