Oğuzda iki avtomobil toqquşub, xəsarət alanlar var.

"Unikal" xəbər verir ki, hadisə Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun rayonun Calut kəndi ərazisindən keçən hissəsində baş verib. "Hyundai" və "Niva" markalı avtomobillər toqquşub və nəticədə "Niva" markalı avtomobilin sürücüsü və sərnişini xəsarət alaraq Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.
Seymur Əli