Bakıda "Hyundai" avtomobili yanıb.

Bu barədə "Unikal"a Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Belə ki, Nəsimi rayonunda "Hyundai" markalı minik avtomobilinin mühərrik hissəsi və salonu yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

***  22:42

Nəsimi rayon İcra Hakimiyyətinin qarşısında avtomobil yanır. 

"Unikal" xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkədə yayılıb.