Qaxda 58 yaşlı kişi arı sancmasından ölüb.

"Unikal" xəbər verir ki, hadisə rayonun Qıpçaq kənd ərazisində baş verib.

Belə ki, Qax şəhər sakini 1965-ci il təvəllüdlü İsmayıl Mahmudovu qonaq getdiyi Qıpçaq kəndində arı sancıb. Əraziyə Təcili Tibbi Yardım çağırılsa da halı pisləşən 58 yaşlı İ. Mahmudov dünyasını dəyişib.

Seymur Əli