İsmayıllı rayonunun İvanovka kəndində intihar hadisəsi baş verib.
"Unikal"ın məlumatına görə kənd sakini, 1990-cı il təvəllüdlü Əhmədov Kamran Adil oğlu bu gün saat 14:00 radələrində yaşadığı evin həyətindəki ağacdan özünü kəndirlə asıb. Ailə üzvləri hadisədən gec xəbər tutduğu üçün onun həyatını xilas etmək mümkün olmayıb. Onun özünə qəsd etməsinin səbəbi hələ ki, bilinmir. Hazırda rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.
Faktla bağlı İsmayıllı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
Şahnəzər Bəşirov