Balakəndə yol qəzasında xəsarət alan şəxslərin kimliyi məlum olub.

"Unikal" xəbər verir ki,  bunlar Zaqatala rayonu Danaçı kənd sakinləri olan motoskletin sürücüsü 2002-ci il təvəllüdlü Sahib İsmayıl oğlu Kahayev və 2004-cü il təvəllüdlü Kamran İsa oğlu Yumuxovdur. Gənclər Balakən rayonun Kortala kəndində futbol oynayıb Zaqatala geri qayıdarkən yol qəzasına düşüblər.

21:18

Balakəndə motosiklet kanala düşüb, biri ağır olmaqla iki nəfər xəsarət alıb. 
"Unikal"
xəbər verir ki, hadisə axşam saat 20 radələrində Balakən-Qazbinə-İtitala avtomobil yolunun Kortala kənd inzibati ərazisindən keçən hissəsində baş verib. 
Zaqatala rayon Danaşı kənd sakininin idarə etdiyi motosiklet yolun sərt döngəsində idarəetmədən çıxaraq yolun kənarındakı 1 metr dərinliyindəki kanala düşüb. Qəza nəticəsində motosikletin sürücüsü və sərnişin Zaqatala rayonu Danaçı kənd sakini müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Balakən Rayon Mərkəzi Xəstəxanasına  yerləşdiriliblər. 
Faktla bağlı Balakən rayon Polis Şöbəsində araşdırma aparılır.

Seymur Əli