Gəncədə yol nəqliyyat hadisəsi baş verib.

"Unikal" xəbər verir ki, hadisə şəhərin Dədə Qorqud küçəsində qeydə alınıb.

Hərəkətdə olan iki " VAZ" markalı minik maşınları toqquşub. Qəza zamanı 1 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov