Sumqayıtda "Mercedes" yoldan çıxaraq ağaclığa çırpılıb.
"Unikal"
ın məlumatına görə, qəza şəhərin Koroğlu prospektində baş verib.

Belə ki, "Mercedes" markalı avtomobilin sürücüsü idarəetməni itirərək nəqliyyat vasitəsini yol kənarında olan ağaclıq əraziyə çırpıb. Xəsarət alan olmasa da avtomobilə ciddi ziyan dəyib.
Faktla bağlı araşdırma aparılır.