Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonu, İ.Zülalov küçəsində beşmərtəbəli yataqxana binasında yanğın olması barədə ilkin məlumat daxil olub.
"Unikal" FHN-ə istinadən xəbər verir ki, məlumatla əlaqədar nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri çağırış üzrə cəlb olunub.
Yanğın qısa müddət ərzində söndürülüb.