Bakı-Qazax magistralının Ucar rayonunun Alpı kəndindən keçən hissəsində yol qəzası baş verib, xəsarət alanlar var.
"Unikal" xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkədə yayılıb.
Bildirilib ki, Bakı-Tovuz xətti ilə sərnişin daşıyan, Tovuz rayon sakini, 1970-ci il təvəllüdlü Nizami Abduləzim oğlu Məmmədov idarə etdiyi "Mercedes Sprinter" markalı mikroavtobus yol kənarında saxlayıb. Bu zaman Mingəçevir rayon sakini, 1986-cı il təvəllüdlü Cəmil Bayram oğlu Məmmədovun idarə etdiyi eyni markalı mikroavtobus Nizami Məmmədovun idarə etdiyi avtomobilə çırpılıb. Hadisə nəticəsində 2 nəfər xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.