Rusiya sülhməramlı kontingenti Laçında Həkəri çayı üzərindəki körpünü açmağa çalışır.
"Unikal" erməni KİV-ə istinadən xəbər verir ki, danışıqlarda sülhməramlıların komandanı general-mayor Andrey Volkov şəxsən iştirak edir.
Artıq 3-cü gündür davam edən danışıqlar hələ ki, nəticə verməyib.
Qeyd edək ki, Azərbaycanın Dövlət Sərhəd Xidməti sözügedən körpünü nəzarətə götürərək orada nəzarət-buraxılış məntəqəsi yaradıb.
Ağarza Elçinoğlu