BMT-nin baş katibi Antonio Quterreş Türkiyə diplomatı Feridun Sinirlioğlunu Əfqanıstan üzrə Xüsusi Qiymətləndirmə Missiyasının koordinatoru təyin edib.
"Unikal" xəbər verir ki, bu barədə "TRTHaber" məlumat yayıb.
Bildirilir ki, Quterreş Sinirlioğludan müstəqil qiymətləndirmə aparmasını və Əfqanıstanın üzləşdiyi cari problemlər haqqında hərtərəfli və tutarlı tövsiyələr verməsini istəyib.
Açıqlamada Sinirlioğlunun Yaxın Şərqdən Şimali Afrikaya, Avropa, Şimali Amerika və Asiyadan Əfqanıstana qədər çox geniş bir coğrafi bölgə haqqında məlumat və təcrübəyə malik olduğu qeyd edilib.