Bakıda marketin seyfindən 2 min manat pul oğurlanıb.
Bu barədə "Unikal"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, hadisə Xəzər rayonu Mərdəkan qəsəbəsində qeydə alınıb.
Belə ki, Xəzər Rayon Polis İdarəsinin (RPİ) 1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Mərdəkan qəsəbəsi ərazisində yerləşən marketlərin birindəki seyfdən 2 min manat pul, digər marketdən isə 60 manat dəyərində tütün məmulatı oğurlamaqda şübhəli bilinən paytaxt sakini Daşqın Məmmədov müəyyən olunaraq saxlanılıb.
Xəzər RPİ-də araşdırma aparılır.