Bakıda intihar hadisəsi olub.

"Unikal" lent.az-a istinadən xəbər verir ki, hadisə Sabunçu rayonu, Pirşağı qəsəbəsində qeydə alınıb.

60 yaşlı Ehtiram Zakir oğlu Babayev özünü yaşadığı evin həyətindəki ağacdan asıb.
Faktla bağlı araşdırma aparılır.