Qubada 39 yaşlı kişi intihar edib.
"Unikal" report-a istinadən xəbər verir ki, rayonun Bərqov kənd sakini 1984-cü il təvəllüdlü İsrafilov Samir Nəqdəli oğlu özünü asıb.
Onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Quba rayon şöbəsinə təhvil verilib.
İntiharın səbəbi hələ məlum deyil. Hadisə ilə bağlı araşdırma aparılır.