Ermənistan parlamentində müxalifəti təmsil edən deputatlar hakimiyyətdən olan həmkarları ilə Ankarada Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) Parlament Assambleyasına getməkdən imtina edib.
"Unikal" xəbər verir ki, bu barədə "Sputnik Armenia" yazıb.
"Bu, mürəkkəb təşkilatdır və İrəvanın həll etməli olduğu çoxlu məsələlər var. Ölkəmizin mövqeyini təbliğ etməyə kömək edin", - iqtidar partiyasından olan deputat Babken Tunyan parlamentin iclasında müxalifətə çağırış edib.
Belə cavabın verilməsinə səbəb “Hayastan” fraksiyasının nümayəndəsi Geğam Manukyanın vitse-spiker, Ankara ilə danışıqlarda xüsusi nümayəndə Ruben Rubinyanın Vaşinqtonda keçirilən Ermənistan-Azərbaycan görüşündə iştirakının səbəbləri ilə bağlı açıqlaması olub.
"Ermənistan-Türkiyə münasibətləri Ermənistan-Azərbaycan münasibətləri ilə bağlıdır?", - deyə Manukyan bildirib.