Belçika, Almaniya, İtaliya, Fransa, Portuqaliya, Sloveniya, İspaniya, hüquq-mühafizə orqanları ilə birgə həyata keçirilən əməliyyat çərçivəsində İtalyan mafiya təşkilatı Ndrangheta-nın 132 üzvü saxlanılıb.
"Unikal" xəbər verir ki, bu barədə Avropa Polis Təşkilatının (Avropol) verdiyi açıqlamada bildirilib. Rumıniya, Braziliya və Panama.İtaliyanın “Ndrangheta” mafioz təşkilatına böyük zərbə vuruldu.
Ndrangheta Avropada kokain ticarətinin böyük hissəsinə cavabdehdir.
Dünyanın ən güclü cinayət şəbəkələrindən biri olan Ndranghetaya qarşı keçirilən əməliyyatda 2 min 770 personalın iştirak etdiyi bildirilib. Bəyanatda vurğulanıb ki, Ndrangheta vergidən yayınma, silah qaçaqmalçılığı, çirkli pulların yuyulması, rüşvətxorluq, zorakılıq və Avropanın kokain ticarətinin böyük hissəsinə görə məsuliyyət daşıyır.
Açıqlamada təşkilatın Cənubi Amerikadan Avropa və Avstraliyaya beynəlxalq narkotik ticarəti ilə məşğul olduğu ifadə edilib. Ndrangheta klanları Pakistandan Cənubi Amerikaya beynəlxalq odlu silah qaçaqmalçılığı ilə məşğul olub, kokain daşınması müqabilində məşhur cinayətkar PCC (Primeiro Comando da Capital) təşkilatını silahla təmin ediblər.
Onlar pullarını daşınmaz əmlak və kommersiya fəaliyyəti ilə yuyublar.
Almaniya Daxili İşlər Naziri Nensi Faeser verdiyi açıqlamada, "Bugünkü basqınlar İtaliyanın mütəşəkkil cinayətkarlığı ilə mübarizədə indiyə qədər həyata keçirilən ən böyük əməliyyatlardan biridir" deyib və Ndranghetaya ciddi zərbə vurduqlarını vurğulayıb. Belçika Federal Prokuroru Antoon Schotsaert, " Həbs olunanlar arasında yalnız nəinki Avropa ölkələrində, digər Avropa ölkələrində də təşkilatda mühüm yer tutan yüksək səviyyəli şəxslərin çox olduğunu düşünürük".