Vaşinqtonda müzakirə olunanlar məhz keçən həftə bu tribunadan təqdim etdiyim şeydir.
"Unikal" xəbər verir ki, bunu baş nazir Nikol Paşinyan parlamentdə hökumət saatında deyib.
“Bəli, masanın üstündə bir sənəd var və bu, mənim xanım Xamoyana təklif etdiyim sənəddir ki, gəlib onunla tanış olsun. Siz bu sənəddə yeni heç nə tapa bilməyəcəksiniz, çünki mən bu kürsüdən ictimaiyyət qarşısında bu sənəd haqqında danışmışam. Orada danışıqlar getdiyi üçün hər hansı müsbət və ya mənfi şərh danışıqların gedişinə təsir edəcək. Qoy heç nə deməyək”, - Nikol Paşinyan bildirib.
O, danışıqlar aparan qrupa hansı göstərişlər verdiyini qeyd edib: “Dedim - yadınızdadır, ətrafında danışıqlar apardığınız sənədi mənim tərəfimdən imzalamaq lazımdır. Siyasi kursumuz çərçivəsində və açıq şəkildə ifadə etdiyimiz fikirlərimiz çərçivəsində azad şəkildə danışıqlar aparın.
Vaşinqtonda davam edən Ermənistan-Azərbaycan danışıqlarında Milli Məclisin vitse-spikeri Ruben Rubinyan kimin qərarı ilə iştirak edir sualına Paşinyan belə cavab verib: “Ruben Rubinyan mənim siyasi qərarıma uyğun getdi”.