Rusiyanın Xalq artisti Alla Puqaçova Moskvaya qayıdıb.
"Unikal" xəbər verir ki, bu barədə "TASS" informasiya agentliyi məlumat yayıb. Bildirilib ki, Puqaçovanın köməkçisi Yelena Çuprakova onun Moskvada olub-olmaması ilə bağlı sualı təsdiqləyərək "Bəli" cavabını verib. O, müğənninin ötən gün vəfat edən modelyer Valentin Yudaşkinlə vida mərasimi üçün ölkəyə gəldiyi sualına isə bu barədə məlumatı olmadığını deyib.
Qeyd edək ki, Puqaçova həyat yoldaşı, şoumen Maksim Qalkin və uşaqları ilə birlikdə Rusiyanın Ukraynaya hücümundan sonra İsrailə köçüb.
Onu da qeyd edək ki, Yudaşkin uzun sürən xərçəng xəstəliyindən sonra ötən gün dünyasını dəyişib. Onunla rəsmi vida mərasimi mayın 6-da Moskvanın Troekurovski qəbiristanlığında keçiriləcək.