Almaniyanın keçmiş və indiki kansleri Angela Merkel və Olaf Şolts Berlində ABŞ-ın keçmiş prezidenti Barak Obama ilə qeyri-rəsmi görüşlər keçiriblər.
"Unikal" xəbər verir ki, bu barədə Almaniyanın "Bild" nəşri məlumat yayıb.
Bildirilir ki, Merkel və əri Yoahim Zauer İtaliyanın “Ponte” restoranında Obama ilə nahar ediblər. Siyasətçilər restoranda iki saatdan çox vaxt keçirib və “yaxşı əhval-ruhiyyədə” ayrılıblar. Onların nədən danışdıqları məlum deyil.
Bundan sonra ABŞ-ın keçmiş prezidenti Şoltsla görüşüb. Siyasətçilər Federal Kanslerin ofisində nahar ediblər. Obama Berlində ABŞ səfirliyinin yanında yerləşən “Adlon” otelində qalıb. Sabiq prezidenti polis və xüsusi təyinatlılar qoruyub.
Gülayə Mecid