İranın Kooperasiya, Əmək və Sosial Rifah Nazirliyi sosial sığorta xidmətinin baş direktoru Səccad Padam pensiya fondunun vəziyyəti ilə bağlı son qalmaqallı açıqlamalarından sonra vəzifəsindən azad edilib.
"Unikal" xəbər verir ki, bu barədə ölkənin Kooperasiya, Əmək və Sosial Rifah Nazirliyi açıqlayıb.
Səccad Padam işdən çıxarılmasına cavab olaraq "Twitter" səhifəsində yazıb: "Pensiya sistemi ilə bağlı müzakirəmin texniki məqamları ilə bağlı elmi-texniki sənədləri daha sonra dərc edəcəyəm".
Qeyd edək ki, sözügedən şəxs hökumətin pensiyaçılara maaş verə bilməsi üçün adalarını sata biləcək vəziyyətə düşdüyünü açıqlamışdı.
Ağarza Elçinoğlu