ABŞ İranın nüvə silahı əldə etməsinin qarşısını almaq üçün bütün lazımi tədbirləri görmək niyyətindədir.
"Unikal" xəbər verir ki, bu barədə Ağ Evin milli təhlükəsizlik müşaviri Ceyk Sallivan bildirib.
"Bəli, biz İranın nüvə silahı əldə etməməsi üçün lazımi tədbirlər görəcəyik", - deyə Sallivan açıqlayıb.
Onun sözlərinə görə, ABŞ və müttəfiqlərini fundamental sınaq gözləyir: "İran nüvə silahına malik ola bilməz. Bu gün o, yoxdur və gələcəkdə də icazə verilə bilməz".
Sullivan həmçinin ABŞ-nin hələ də İranın nüvə proqramına diplomatik həll yolları axtardığını vurğulayıb və Trampın 2018-ci ildə İranın nüvə sazişindən çıxmaq qərarından təəssüflənib.
Ağ Evin müşaviri bildirib ki, Vaşinqton İranın silah inkişaf etdirməməsi üçün müttəfiqləri, o cümlədən İsraillə işləyir.
Ağarza Elçinoğlu