Keçən həftə dünyada COVID-19 hər 3 dəqiqədə 1 nəfərin ölümünə səbəb olub.
"Unikal" xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Beynəlxalq Səhiyyə Qaydaları üzrə Fövqəladə Hallar Komitəsinin koronavirusla (COVID-19) bağlı 15-ci iclasında pandemiya ilə əlaqədar cari vəziyyət müzakirəsi zamanı Dr. Qebreyesus deyib:
"Bu qərar COVID-19-un qlobal sağlamlıq təhlükəsi olaraq sona çatması demək deyil. Virus hələ də bizimlədir, yoluxma hallarının və ölümlərin artmasına səbəb ola biləcək yeni ştamların yaranma riski qalmağa davam edir”.