Gədəbəy rayonunda avtomobil maneə çırpılıb, ölən və xəsarət alan var.

"Unikal" xəbər verir ki, hadisə rayonun Düzyurd kəndində qeydə alınıb.

Hərəkətdə olan Niva markalı minik maşını yoldan çıxaraq hasara çırpılıb. Qəza zamanı sürücü 78 yaşlı Əmrah İsrafilov hadisə yerində ölüb. Onun həyat yoldaşı 75 yaşlı Zərqələm İsrafilova xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov