Qubadlı Rayon Polis Şöbəsinə bu gün səhər 10 radələrində təmir-tikinti şirkətlərindən birində çalışan Coşqun Hüseynovun işə gəlməməsi ilə bağlı məlumat daxil olub.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis kapitanı Aslan Qiyaslı "Unikal"a bildirib ki, məlumatla əlaqədar keçirilmiş tədbirlərlə Hacıqabul rayon sakini, 1978-ci il təvəllüdlü Coşqun Hüseynovun meyiti Həkəri çayının yatağından aşkar edilib. İlkin ehtimala görə onun üzərinə qaya parçalarının aşması nəticəsində ölüb.
Faktla bağlı araşdırmalar davam etdirilir.