Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribat nəticəsində şəhid olan Novruzəlizadə Orxan Elxan oğlunun anası da faciəvi şəkildə vəfat edib. 

"Unikal"ın əldə etdiyi məlumata görə, şəhidin anası Novruzəliyeva Mətanət qatarın vurması nəticəsində dünyasını dəyişib. Hələ onun vəfatının bir ili tamam olmayıb. 

1998-ci il təvəllüdlü Orxan Novruzəlizadənin özündən başqa 2 bacısı və 1 qardaşı var. 25 yaşlı N.Orxan doğulduğu Ağstafa rayonunun Vurğun qəsəbəsində dəfn olunacaq. 

Ağarza Elçinoğlu 

***12:08

Xəbər verdiyimiz kimi, Ermənistan silahlı qüvvələri bölmələrinin qəsdən törətdiyi təxribat nəticəsində Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Novruzəlizadə Orxan Elxan oğlu şəhid olub.

"Unikal" xəbər verir ki, şəhidimizin fotosunu Müdafiə Nazirliyi yayıb.

Qeyd edək ki, Orxan Elxan oğlu Novruzəlizadə Ağstafa rayonundandır.