Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ASAPES) Elmi-tədris laboratoriyasında “Bədən tərbiyəsi və idmanda reabilitasiya” ixtisasının SABAH qrupları ll kurs tələbələri üçün “İdman masajında qraston texnikasının tədbiq edilməsi” mövzusunda praktik dərs keçirilib.

"Unikal" xəbər verr ki, “Müalicə və idman masajı-1“ fənni çərçivəsində təşkil edilən dərsdə fənn müəllimi Aytəkin Bakıxanova ilə yanaşı, qonaq-mühazirəçi qismində laboratoriyanın fizioterapevt-reabilitoloqu, “İdman tibbi və reabilitasiya” kafedrasının müəllimi həkim Tural İsmayılov da iştirak edib.

ASAPES-in tələbələri idman masajında geniş istifadə edilən qraston texnikası ilə tanış olublar.