Naxçıvan Səhiyyə Nazirliyində daha bir vəzifəli şəxs vəzifədən azad olunub.

"Unikal" xəbər verir ki, Naxçıvan Muxtar Respublikası səhiyyə nazirinin birinci müavini, nazir vəzifələrini müvəqqəti icra edən Samiq Sadıxovun imzaladığı əmrə əsasən, qurumun Maliyyə şöbəsinin müdiri Asəf Musayev işdən çıxarılıb. 

Qeyd edək ki, Asəf Musayevin COVİD-19-la mübarizə çərçivəsində tibb işçilərinə ödənilməli olan əlavələrin ödənilməməsində, tibbi sığortadan tibb işçilərinə ödənilməli olan vəsaitlərin düzgün xərclənməməsində və tibb işçiləri ilə kobud rəftarda adı hallanırdı.