Lənkəranda çay fabrikində bədbəxt hadisə baş verib.
"Unikal" xəbər verir ki, hadisə Lənkəran rayonunun Sütəmurdov kəndi ərazisində yerləşən çay fabrikində qeydə alınıb. Lənkəran rayonunun Aşağı Nüvədi kənd sakini 1969-cu il təvəllüdlü Bəxtiyar Baldadaş oğlu Məmmədov liftdən yıxılaraq xəsarət alıb. B.Məmmədov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunub.
Faktla bağlı araşdırma aparılır.
Xəlil Əliyev